Kamran ən yaxşı seçildi
08.11.2011 - 11:40
Kamran ən yaxşı seçildi
Kişi həndbolçular arasında Maltada keçirilən “Çelenc Cup” turnirində çıxış edən Azərbaycan milli komandası (U-23) yarışı mükafatla başa vurub. Apasport.az saytının məlumatına görə, qrupda 2-ci olan millimizin üzvləri fərdi nominasiyalarda fərqləniblər.

Malta (29:23) və Şotlandiya (36:19) qalib gələrək Moldovaya uduzan (31:34) Hikmət Abdullayevin çalışdırdığı yığmanın 3 üzvü ən yaxşılar arasında olub. Belə ki, Hüseyn Qafarov və Elnur Hüseynzadə turnirin rəmzi yığmasında yer alıblar. Hüseyn “7-liy”in qapıçısı, Elnur isə xətt oyunçusu kimi siyahıya düşüb. Rəmzi yığmaya düşməyən Kamran Alxazov isə Maltadakı turnirin ən yaxşı müdafiəçisi seçilib.
0