Bolqarıstan yığmamızla oyuna qalib kimi çıxacaq
09.11.2011 - 10:25
Bolqarıstan yığmamızla oyuna qalib kimi çıxacaq
Bakıda qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 matç baş tutub.

İlk turda Azərbaycan yığması ilə B qrupunda yer alan Bolqarıstan və Danimarka voleybolçuları üz-üzə gəliblər. Oyun gözlənildiyi kimi, bolqarıstanlıların “quru hesablı” qələbəsi ilə yekunlaşıb.

A qrupunda isə Macarıstan – Ukrayna görüşü baş tutub. Matçda ilk seti birincilər qazansalar da, Ukrayna voleybolçuları ardıcıl 3 hissəni aktivlərinə yazıblar və rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər.


A qrupu
Macarıstan – Ukrayna – 1:3 (25:23, 15:25, 19:25, 23:25)

B qrupu
Bolqarıstan – Danimarka – 3:0 (25:12, 25:12, 25:16)

Qeyd edək ki, bu gün Azərbaycan yığması ilk oyununa çıxacaq. Onlar Bolqarıstan millisi ilə qarşılaşacaqlar. Digər qrupda isə Çexiya – Macarıstan oyunu olacaq.
0