“Rabitə” noyabrın 15-də hədəflərini açıqlayacaq
09.11.2011 - 11:07
“Rabitə” noyabrın 15-də hədəflərini açıqlayacaq
Dünya çempionu “Rabitə” voleybol klubu noyabrın 15-də mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, tədbirdə klubun baş məşqçisi Zoran Qayiç, kapitan Natalya Məmmədova və mətbuat katibi İlqar İmamquliyev iştirak edəcəklər.

Konfransda “Rabitə” rəsmiləri Çempionlar Liqası və Azərbaycan Super Liqasının yeni mövsümündə qarşıya qoyulan planlar və hədəflər barədə ətraflı məlumat verəcəklər.

Qeyd edək ki, tədbir saat 19:00-da “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
0