“Azərbaycana qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”
09.11.2011 - 12:41
“Azərbaycana qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”
“Yeni baş məşqçimiz Marçelo Abondanç mənə çox xoş təsir bağışladı. Federasiya yığmanı peşəkar çalışdırıcıya etibar etməklə düzgün seçim edib”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin bolqarıstanlı legioneri Dobriana Rabadjiyeva deyib.

Bakı klubu ilə dünya çempionu adını qazanan voleybolçu ölkəmizdə start götürən Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. Bolqarıstan yığmasının heyətində bu gün Azərbaycan milli komandasına qarşı oynayacaq Rabadjiyeva bildirib ki, qarşılaşma çox gərgin alınacaq: “Fikrimcə, bu yarışda bizim də şansımız var. Azərbaycana qarşı oyunumuz çox çətin olacaq. Lakin biz asan təslim olan komandalardan deyilik. Qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, Bolqarıstan ilk matçında Danimarka voleybolçularına 3:0 hesabı ilə qalib gəlib.
0