Millimizin oyununu idarə edəcək hakimlər məlum oldu
09.11.2011 - 15:44
Millimizin oyununu idarə edəcək hakimlər məlum oldu
Qadın voleybolçular arasında Bakıda keçirilən Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan milli komandasının ilk oyununu idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin Bolqarıstan yığması ilə görüşü belaruslu Yuri Bakunoviçə həvalə edilib.

Bu gün saat 18:30-da start götürəcək matçda köməkçi hakim funksiyasını isə Yevgeni Makşanov (Rusiya) yerinə yetirəcək.

Qeyd edək ki, rəqibimiz ilk matçda Danimarkaya 3:0 hesabı ilə qalib gəlib.
0