Gözlənilən və həm də gözlənilməz məğlubiyyət
10.11.2011 - 10:44
Gözlənilən və həm də gözlənilməz məğlubiyyət
Bakıda qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə Azərbaycan milli komandası ilk görüşünə çıxıb.

Təəssüf ki, Faiq Qarayevin yetirmələri azarkeşlərini sevindirə bilməyib. İlk oyunda Danimarkaya 3:0 hesabı ilə qalib gələn Bolqarıstan voleybolçuları bu dəfə yığmamızı məyus edib – 3:2. Düzdür, Natalya Məmmədova və Yelena Parxomenko zədəli olduğu matçda komandamız 2 dəfə hesabda önə çıxmağı bacarıb. Lakin tay-brekdə bolqarlar daha dəqiq olub və yarımfinala vəsiqə qazanıb.

Məğlubiyyətə baxmayaraq, təmsilçilərimiz də mərhələ adlamaq şanslarını saxlayıblar. Bunun üçün voleybolçularımız bu gün Danimarka millisinə qalib gəlməlidirlər.

Digər qrupda isə Çexiya Macarıstanı sınağa çəkib. Oyun gözlənildiyi kimi, çexlərin asan qələbəsi ilə başa çatıb. Hər 2 oyunda uduzan Macarıstan millisi isə artıq yarışla vidalaşıb.

A qrupunda bu gün Çexiya Ukrayna voleybolçuları ilə üz-üzə gələcək. Bu matç qrup birinciliyi üçün vacib əhəmiyyət daşıyacaq.

A qrupu
Çexiya – Macarıstan – 3:0 (25:18, 25:21, 25:17)

1. Çexiya1103-075-563
2. Ukrayna1103-198-823
3. Macarıstan2021-6138-1730



B qrupu
Azərbaycan – Bolqarıstan – 2:3 (25:18, 19:25, 25:19, 23:25, 7:15)

1. Bolqarıstan2206-2177-1395
2. Azərbaycan1012-399-1021
3. Danimarka1010-340-750


Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanır.
0