Yığmamız yarımfinalda - YENİLƏNİB
10.11.2011 - 19:37
Yığmamız yarımfinalda - YENİLƏNİB
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində bu gün qrup mərhələsinin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matçda Bolqarıstan milli komandasına uduzan Azərbaycan yığması ikinci görüşündə Danimarka voleybolçularını sınağa çəkib.

Faiq Qarayevin yetirmələri yarımfinala yüksəlmək üçün danimarkalılara mütləq qalib gəlməli idilər ki, bunu da bacarıblar. İlk setdə 25:14 hesabı ilə qələbə qazanan millimiz növbəti hissədə rəqibini müqaviməti ilə üzləşib. Lakin sonda daha inamlı oynayan voleybolçularımız qonaqları 25:22 hesabı ilə məğlub ediblər.

Üçüncü set sonuncu olub. Bu dəfə 25:7 hesabı ilə qalib gələn komandamız ilk qələbəsini asanlıqla əldə edib – 3:0. Nəticədə Faiq Qarayevin yetirmələri qrup ikincisi kimi yarımfinala yüksəlib. Danimarkalılar isə turnirdə çıxışın dayandırmaq məcburiyyətində qalıblar.

Yığmamızın rəqibi digər qrupda bu oyundan öncə keçirilən Ukrayna - Çexiya matçının yekununa əsasən müəyyənləşib. Qarşılaşmada qalib gələn çexiyalılar qrup birincisi olaraq, növbəti mərhələdə Danimarka - Azərbaycan cütünün qalibini gözləyirdilər ki, bu hüquqa da yığmamız yiyələndi. Digər yarımfinalda matçında isə Bolqarıstan Ukrayna ilə oynayacaq.

A qrupu
10 noyabr
Ukrayna - Çexiya - 0:3(19:25, 18:25, 16:25)

1. Çexiya2 2 06-0150-109 6
2. Ukrayna2 11 3-4 151-157 3
3. Macarıstan2021-6138-1730


B qrupu
10 noyabr
Danimarka – Azərbaycan - 0:3 (14:25, 22:25, 7:25)

1. Bolqarıstan2206-2177-1395
2. Azərbaycan2 1 15-3174-145 4
3. Danimarka2 02 0-6 83-150 0


Qeyd edək ki, 1/2 final mərhələsinin görüşləri sabah olacaq. Seçmə mərhələdə isə birinci olacaq komanda Avropa Olimpiya təsnifat turnirində oynamaq hüququ qazanacaq. Bu mərhələnin matçları Türkiyədə keçiriləcək.
0