AFFA-dan Rəşad Abdullayevə ağır cəza, hakimlərlə bağlı tapşırıq
10.11.2011 - 15:09
AFFA-dan Rəşad Abdullayevə ağır cəza, hakimlərlə bağlı tapşırıq
AFFA “Neftçi”nin futbolçusu Rəşad Abdullayevi ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı qərar AFFA-nın İntizam Komitəsinin (İK) bugünkü iclasında qəbul olunub. Rəşad Premyer Liqamızın ötən turunda “Xəzər Lənkəran”la matçın 8-ci dəqiqəsində rəqib futbolçu Şəhriyar Xəlilova qarşı aqressiv hərəkət etmiş, ancaq oyunun Elnur Muradov başda olmaqla hakimlər briqadası bunu qiymətləndirməmişdi. Oyunun videoyazısı izlədikdə Rəşadın rəqibə əllə zərbəsi vurmağı aşkar edilib. İK-in üzvləri bunu nəzərə alaraq, Abdullayevə 4 oyunluq cəzalandırıb, klubu 4000 manat cərimələnib. Qərarda həmçinin göstərilib, AFFA-nın Hakimlər Komitəsi hakimlər briqadası haqda lazımı ölçü götürüb, İK-ya yazılı məlumat verməlidir. Bu isə Muradovun da cəzalanacağı deməkdir.

Qeyd edək ki, “Neftçi” Rəşadı klubun daxili intizam məcəlləsini pozduğuna görə cəzalandırıb.
0