“İqtisadçı” yeni mövsüm üçün heyətini açıqladı
10.11.2011 - 21:00
“İqtisadçı” yeni mövsüm üçün heyətini açıqladı
Bakının “İqtisadçı” voleybol klubunun 2011/2012 mövsümündə güvənəcəyi voleybolçular məlum olub. Apasport.az saytının məlumatına görə, CEV kubokunda debüt edəcək Super Liqanın bürünc mükafatçısı yeni mövsümdə 12 oyunçunun xidmətindən yararlanacaq.

Bunlar Elina Abbasova (Azərbaycan), Tayyubu Xaneef-Park, Cennifer Doris (hər ikisi ABŞ), Yuko Sano, Masami Yokoqama (hər ikisi Yaponiya), Alisa Blomu (Hollandiya), Alina İlyuta (Belarus), Erika Koimbri, Veronika Brito (hər ikisi Braziliya), Kristina Pastulova (Çexiya), Marina Katiç və İliyana Duqandziçdir (hər ikisi Xorvatiya).

Qeyd edək ki, Emanuele Sbanonun başçılıq edəcəyi “İqtisadçı” CEV kubokunun 1/16 final mərhələsində Rumıniyanın “Dinamo-Romprest” klubu ilə qarşılaşacaq.
0