Yığmamızın üzvü zirvədə
11.11.2011 - 10:37
Yığmamızın üzvü zirvədə
Futzal üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Serjao və Biro Jadenin şərəfini qoruduğu “Uraqan” “Lokomotiv”lə qarşılaşıb. Son ölkə çempionu 3:6 hesabı ilə uduzaraq 2-ci pillədə qalıb və zirvəyə yüksəlmək imkanını əldən verib. Əvəzində 2 qol vuran Serjao bomabardirlər yarışında liderə çatıb. Milliləşən braziliyalımız zirvəni “Energiya”nın hücumçusu Pavlenko ilə bölüşür.
0