Yığmamız finalda
11.11.2011 - 21:01
Yığmamız finalda
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində bu gün yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matçda Bolqarıstan milli komandası Ukrayna ilə görüşüb. Balkanlılar ciddi çətinlik çəkmədən qalib gəliblər – 3:1.

Ardınca Azərbaycan milli komandası ilə Çexiya voleybolçuları meydana çıxıblar. Faiq Qarayevin yetirmələri asan qələbə qazanıblar. Bununla da finala yüksələn millimiz qrupda uduzduğu Bolqarıstana rəqib olub. Həmin oyunda əvəz çıxmaqla yığmamız snövbəti seçmə mərhələyə yeganə vəsiqəni qazana bilər.

1/2 final
Bolqarıstan – Ukrayna - 3:1 (25:22, 25:20, 23:25, 25:17)
Azərbaycan – Çexiya - 3:1 (25:15, 19:25, 25:16, 25:23)
0