Millimiz yenə Bolqarıstanla bacarmadı
13.11.2011 - 10:58
Millimiz yenə Bolqarıstanla bacarmadı
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Azərbaycan və Bolqarıstan milli komandaları üz-üzə gəliblər.

Faiq Qarayevin yetirmələri qrupda olduğu kimi yenə balkanlılara uduzublar – 2:3. Bununla da millimiz növbəti seçmə mərhələyə yeganə vəsiqəni əldən verərək olimpiada arzusu ilə vidalaşıb.

Qeyd edək ki, növbəti olimpiya seçmə mərhələsi Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Final
Bolqarıstan – Azərbaycan – 3:2 (25:12, 21:25, 25:18, 15:25, 15:9)
0