“Azərbaycana qarşı dəli kimi oynadıq”
13.11.2011 - 15:09
“Azərbaycana qarşı dəli kimi oynadıq”
“Etiraf edim ki, Azərbaycanla final oyununu lap dəli kimi oynadıq. Bəlkə də bu voleybolçularımızın ilk oyundakı inamlı qələbədən sonra arxayınlaşması ilə bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət Bolqarıstan milli komandasının baş məşqçisi Marçello Abondantsi deyib.

İtaliyalı mütəxəssis Bakıda keçirilən olimpiya təsnifat mərhələsinin Azərbaycan yığması ilə final oyunu (3:2) haqda fikirlərini açıqlayıb: “Lakin bu arxayınlaşmaya baxmayaraq komandamız ardıcıl qələbə seriyasını davam etdirdi. Tay-breykdə də olsa daha çox istəkli olduğumuzu və idman hirsini nümayiş etdirib qalib gəldik”.
0