“Bakı”nın fransızlarla oyununun vaxtı bilindi
14.11.2011 - 11:09
“Bakı”nın fransızlarla oyununun vaxtı bilindi
“Bakı” voleybol klubunun “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində Fransa “Evre”si ilə keçirəcəyi ilk matçın başlama günü və saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, birinci görüşdə Kiprin “Famaqusta” komandasını mübarizədən kənarlaşdıran paytaxt təmsilçisinin növbəti oyununa dekabrın 1-də olacaq.

Bakıda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Bakı” – “Evre” matçı Bakı İdman Sarayında keçiriləcək.
0