Millimizin kapitanı məşqçi işləməyə qərar verdi
14.11.2011 - 13:25
Millimizin kapitanı məşqçi işləməyə qərar verdi
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Fərid Cəlalov karyerasını Bakının “İqtisadçı” klubunda məşqçi kimi davam etdirəcək. Bu barədə məlumatı apasport.az saytına 24 yaşlı voleybolçunun özü verib.

Cəlalov bildirib ki, bu addımı atmasına baxmayaraq, yığmada karyerasını davam etdirəcək: “Mənə kapitan kimi həmişə böyük dəstək göstərilib. Hazırda “İqtisadçı”da da belədir. Çünki mən xarici klublardan dəvət alsam da, valideynlərimi tək qoyum getmək istəmədim. Bakıda komandalar hələlik fəaliyyətini dayandırıb. Yığmanın isə bu il oyunu yoxdur. Növbəti ildə də bəlkə yoldaşlıq matçı keçirildi. Yəni mən həmişə milliyə kömək etməyə hazıram. Nə vaxt dəvət etsələr heç bir problem yoxdur. “İqtisadçı”da da bütün gücümü ortaya qoymağa çalışacağam”.

Qeyd edək ki, Cəlalov “İqtisadçı”da italiyalı baş məşqçi Emanuele Sbanonun köməkçisi vəzifəsinə təyin edilib.
0