Yığmamızın üzvü Avropanın ən güclüsüdür - FOTO
14.11.2011 - 16:37
Yığmamızın üzvü Avropanın ən güclüsüdür - FOTO
Qadın voleybolçulardan ibarət 18 milli komandanının iştirakı ilə keçirilən Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələ oyunlarının ən güclülərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı (Azərbaycan, Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan), Kazan (Rusiya, İspaniya, Rumıniya, Belçika, Slovakiya və Avstriya) və Split (Xorvatiya, Hollandiya, Fransa, İsrail, Yunanıstan və İsveç) şəhərlərində baş tutan yarışlardan sonra 6 nominasiyadan yalnız birində Azərbaycan yığmasının voleybolçusu ən güclü olub.

Bu, Odina Əliyevadır. O, topu oyuna daxil etməkdə rəqiblərindən fərqlənib. Faiq Qarayevin digər yetirmələri isə ilk “3-lük”dən kənarda qalıblar.

Qeyd edək ki, 3 şəhərdə keçirilən turnirdə ev sahibi kimi Rusiya və Xorvatiya yığmaları Avropa Olimpiya təsnifat turnirinə vəsiqə qazansalar da, Azərbaycan Bakıda bu şansı Bolqarıstana hədiyyə etdi.
0