Emin Mahmudov Rusiyada ilin futbolçusuna namizəddir
15.11.2011 - 17:16
Emin Mahmudov Rusiyada ilin futbolçusuna namizəddir
Rusiyada 2011-ci ilin ən yaxşı gənc futbolçusu olmağa namizədlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov 6 iddiaçı arasında yer alıb.
Onun rəqibləri Arsen Qoşokov (“Sparatk-Nalçik”), Maksim Kanunnikov (“Tom”), Aleksandr Kokorin (“Dinamo”), Sergey Petrov (“Krılya Sovetov”), Maqomed Özdoyevdir (“Lokomotiv”). Bu milli mükafat hər il, Rusiya Premyer Liqasında iştirak edən 20 yaşından yuxarı olmayan futbolçuya verilir. Milli komandamıza namizəd olan Eminin isə hələ 19 yaşı var.

Qeyd edək ki, 2002-ci ildən təsis edilən mükafatın son sahibi ötən il Pavel Yakovlev olub.
0