Zoran Qayiç: Biz ən yaxşı formadayıq və bunu qorumağımız lazımdır
16.11.2011 - 10:45
Zoran Qayiç: Biz ən yaxşı formadayıq və bunu qorumağımız lazımdır
“Rabitə”də avqustun 15-dən çalışıram. Komandada debütüm uğurlu alındı. Klublararası dünya çempionatında qızıl medallara sahib olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının startı ərəfəsində komandanın son durumuna münasibət bildirib. Serbiyalı məşqçinin sözlərinə görə, yetirmələrinin bir nömrəli vəzifəsi hazırda olduqları əla formanı qoruyub saxlamalarıdır: “Biz hələ Çempionlar Liqasındakı rəqiblərimiz barədə fikirləşmirik. Çünki komandamız üçün öz oyunu maraqlıdır. İstədiyimiz ən yüksək formanı yığmalıyıq. Əslində, biz ən yaxşı formadayıq və bunu qorumağımız lazımdır. Amma bu voleyboldur, özü də qadın komandası. Yalnız bir allah bilir ki, Çempionlar Liqası macərası “Rabitə” üçün necə bitəcək. Mən də öz məsuliyyətimi yaxşı dərk edirəm. Çalışacağam ki, lazımı nəticəni qazanaq”.
0