Nataşa Osmokroviç: Hamının ürəyində 1 arzu var
16.11.2011 - 11:29
Nataşa Osmokroviç: Hamının ürəyində 1 arzu var
“Rabitə”nin voleybolçusu olduğum üçün çox xoşbəxtəm. Komandamızın hər bir üzvü yaxşı başa düşür ki, biz tək “Rabitə”ni deyil, Azərbaycanı təmsil edirik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Nataşa Osmokroviç deyib.

Bakı klubunun dünya çempionu olmasında böyük pay sahibi olan xorvatiyalı legioner bu uğuru Çempionlar Liqasında davam etdirəcəklərinə inanır: “Biz mövsümə inamlı başladıq. İlk yarışdaca dünyanın ən güclüsü olduq. Çox xoşbəxtəm ki, həmin vaxt Azərbaycan xalqına bəxş etdiyimiz sevincin bir hissəsi oldum. Hazırda isə hamımızın ürəyində 1 arzu var. Bu da Çempionlar Liqasının qalibi olmaqdır. Bunun üçün məşqlərimizi davam etdirməliyik və formamızı qorumalıyıq”.
0