Mira Qoluboviç: Çalışacağıq ki, dünya çempionluğunun ardını gətirək
16.11.2011 - 11:58
Mira Qoluboviç: Çalışacağıq ki, dünya çempionluğunun ardını gətirək
“Zoran Qayiç kimi təcrübəli baş məşqçinin rəhbərliyi altında kifayət qədər güclü heyətə malikik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə”nin voleybolçusu Mira Qoluboviçə məxsusdur.

Artıq ikinci mövsümdür Bakı klubunun şərəfini qoruyan serbiyalı legioner bu il uğurlu çıxış edəcəklərinə inanır. O bildirib ki, artıq Çempionlar Liqasının qalibi olmağın vaxtıdır: “Biz hamımız inanırıq ki, Çempionlar Liqası ötən illə müqayisədə bu dəfə bizim üçün daha uğurlu olacaq. Belə ki, 2010/2011 mövsümündə yarışın gümüş medalına sahib olmuşduq. Amma indi bu turnirin qalibi olmağı planlaşdırırıq. Bunun üçün məşqlərimizi yüksək əhval-ruhiyyədə davam etdiririk. Çünki yeni mövsümdə növbəti turnirlərə dünya çempionluğu ilə start veririk və çalışacağıq ki, bu uğurun ardını gətirək”.

Qeyd edək ki, Qoluboviç “Rabitə” ilə dünya və Azərbaycan çempionluğunu, Çempionlar Liqasının ikincisi adını qazanıb.
0