Azərbaycan çempionu üçün estoniyalı
30.11.2011 - 15:05
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Rabitə” (Azərbaycan) - “Myulhaus” (Fransa) oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq matça baş hakim kimi estoniyalı Tomas Murolo təyinat alıb. Ona köməklik etmək isə Dusan Hudona (Slovakiya) tapşırılıb.
Qeyd edək ki, Azərbaycan çempionunun “Myulhaus”la görüşü dekabrın 1-də saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan çempionunun “Myulhaus”la görüşü dekabrın 1-də saat 17:00-da start götürəcək.
0
0