Qələbə ilə yubiley
01.12.2011 - 00:00
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Rumıniyanın “Tomis” klubunun qonağı olan “Azərreyl” yeni yubiley müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ümumilikdə avrokuboklarda 85-ci, Çempionlar Liqasında isə 53-cü görüşünə çıxan Faiq Qarayevin yetirmələri Konstanta təmsilçisinə 3:0 hesabı ilə qalib gəlməklə, özləri üçün yeni tarix yazıblar.
Belə ki, 3 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “Azərreyl” qələbə qazandığı setlərin sayını 100-ə çatdırıb. Bununla da onlar qitənin ən möhtəşəm yarışında ikinci “100-lüyə” start veriblər.

| Yarışın adı | O | Q | M | S |
|---|---|---|---|---|
| Çempionlar Liqası | 53 | 28 | 25 | 100-95 |
| Top komandalar kuboku | 10 | 8 | 2 | 28-11 |
| CEV kuboku | 6 | 2 | 4 | 12-14 |
| Çelenc Cup | 16 | 15 | 1 | 49-12 |
| CƏMİ | 85 | 53 | 32 | 189-132 |
0
0