Əfsanəvi basketbolçu Bakıda! - FOTO
30.11.2011 - 16:13
“Bu cür yüksək səviyyəli işçi qrupunu Bakıda görməkdən məmnunluq duyuruq. Tam əminliklə deyə bilərəm ki, belə nüfuzlu və böyük təcrübəyə malik şirkətlə yüksək təbliğat aparıb, böyük uğurlar əldə edə biləcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2020-nin İcraçı direktoru Könül Nurullayeva deyib.
Belə ki, Olimpiada-2020 layihəsi ilə bağlı dünya şöhrətli ekspert qrupu paytaxtımızın öyrənilməsi, 2020-ci il mərkəz şəhər üçün ən mükəmməl planının hazırlanması məqsədi ilə şəhərimizə təşrif buyurub və Bakı-2020 təşkilat qrupu ilə görüş keçiriblər. Müxtəlif ölkələrdən mütəxəssislərindən ibarət olan bu qrup Olimpiya Hərəkatı üzrə Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Cənubi Afrika Respublikası, Hollandiya, Avstraliya, ABŞ və Kanadada, eyni zamanda Olimpiya inşaatı, idman və məkan, təhlükəsizlik, nəqliyyat, ətraf mühit və digər sahələrdə ən öndə gedən professionaldan ibarətdir.
Mütəxəssislərdən biri uzun illər beynəlxalq idman aləmində, xüsusi ilə 1961-ci ildən basketbol növündə dünyanın ən yaxşı idman icraçılarından olan avstraliyalı Bob Elfinstondur. O, 2000-ci il Sidney Olimpiya oyunlarının təbliğatı zamanı baş menecer vəzifəsində çalışıb. Elfinston eyni zamanda Olimpiya oyunlarında 28 idman növünün yüksək səviyyədə həyata keçirilməsində birbaşa məsul şəxs olub.
“Bu zamana qədər olan ən yaxşı oyunlar ”ın təbliğatı və gerçəkləşdirilməsi istiqamətində gördüyü mühüm işlər üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) Bob Elfinstonu Olimpiya Proqramı Komissiyasına və BOK Qiymətləndirmə Komissiyasına 2008 və 2012-ci illər üçün ev sahibliyi olan ölkələrin seçimini buraxmışdır.
Nurullayeva ekspert qrupu ilə görüşdə Azərbaycana idman göstərilən dövlət qayğısını önə çəkib: “Bakıda idman infrastrukturunun inkişafı üçün dövlət tərəfindən milyonlarla dollar sərf edilir. Bunun əsas səbəbi ölkənin iqtisadiyyatının sürətli inkişafıdır. Məhz buna misal olaraq son üç ildə biz yeni Olimpiya stadionunun, eyni zamanda Olimpiya Komplekslərinin, yeni idman meydançalarının tikintisinə başlamışıq. Baki Olimpiya ailəsinə vəd etdiklərinin hər birini nümayiş etdirəcək.”
Elfinston isə Bakıya heyranlığını gizlətməyib: “Mən Bakının gözəlliyi və cəlbediciliyinə heyran oldum. Bura dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir. Əminəm ki, birgə olaraq Bakının ən yüksək səviyyəli təbliğatı üçün işlər görə bilərik. Azərbaycan gənc bir ölkədir. Onun əhalisinin 50%-dən çoxu 30 yaşından aşağı olan insanlardır. 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının Bakıda keçirilməsi milyonlarla insanların ürəyi və beyninə yol tapmağın ən gözəl yoludur”.

0
0