Təxirə salınan oyunun hakimi dəqiqləşdi
13.03.2012 - 17:39
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Azərreyl” – “İqtisadçı” oyununu idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, martın 14-də baş tutacaq qarşılaşmada ədaləti qorumaq beynəlxalq dərəcəli referi Konstantin Selinə həvalə edilib. Ona köməkliyi isə Murad Abdurəhmanzadə edəcək.
15:30. “Azərreyl” – “İqtisadçı”
Qeyd edək ki, matç “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək.
15:30. “Azərreyl” – “İqtisadçı”
| AVF-nin nümayəndəsi | Rafiq Ağayev | Bakı |
|---|---|---|
| I, II hakimlər | Konstantin Selin Murad Abdurəhmanzadə | Bakı Şəki |
| Xətt hakimləri | Fuad Əliyev Zaur Hacıyev Səbuhi Əliyev Yana Kuznetsova | Bakı Bakı Bakı Bakı |
| Katib | Nona İsmayılova | Bakı |
Qeyd edək ki, matç “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək.
0
0