“Rabitə” və “Lokomotiv”in voleybolçuları bir araya gəlir
06.04.2012 - 11:09
Qadın voleybolçulardan ibarət Bolqarıstan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Marçelo Abondanç mayda Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.
İtaliyalı mütəxəssisin dəvət göndərdiyi 15 voleybolçu arasında Azərbaycan Super Liqasında çıxış edən 3 oyunçu da var. Bunlar “Rabitə”nin üzvü Dobriana Rabadjiyeva və “Lokomotiv”in şərəfini qoruyan Diana Nenova ilə Mariya Filipovadır.
Qeyd edək ki, Abondanç həmçinin ötən il “Bakı”da və “Şirvan”da oynayan Polina Stoyneva və Tanya Sabkovanın da adını açıqladığı siyahıya salıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0