Azərbaycan çempionu yüksək liqada yerini qorudu
10.04.2012 - 08:47
İspaniyanın San-Sebastyan şəhərində qadın hokkeyçilər arasında keçirilən Avropa Çempionlar Kuboku uğrunda turnirin ilkin mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində hər 2 matçda uduzan Azərbaycan çempionu “Atasport” ilk “dördlüyə” düşə bilməsə də, yüksək liqadakı yerini qoruyub.
Belə ki, komandamız 5-ci yer uğrunda matçda İngiltərənin “Leyçester” klubu ilə qarşılaşıb. Bakı təmsilçisi bu dəfə inamlı oynayaraq, 5:1 hesabı ilə qalib gəlib. Bu isə növbəti ildə də onların Avropa Çempionlar Kuboku uğrunda yarışda iştirak etmək hüququnu saxlayıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0