“İndi Azərbaycanda oynamaq o qədər də asan deyil” - FOTO
11.04.2012 - 17:42
“Düşünürəm ki, istənilən voleybolçu Azərbaycan Super Liqasında oynamağı arzulayır. Orada 7 güclü klub və güclü çempionat var”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu İvana Miloş deyib.
2 mövsümdür Azərbaycan Super Liqasında oynayan Xorvatiya millisinin üzvü növbəti ildə də ölkəmizdə qalmağı planlaşdırır. O bildirib ki, Bakı klublarında oynamaq üçün voleybolçuların səviyyəsi əsasdır: “Azərbaycanda voleybolçuların əksəriyyəti legionerlərdir, digər əcnəbilər də oraya can atır. Əgər ustalıq səviyyəniz imkan vermirsə, heç sizi oraya götürməzlər də. Məsələn, mənimlə eyni komandada Marta Sançes kimi dünya idmanın zirvəsini fəth etmiş ulduz çıxış edir. Bir sözlə, indi orada oynamaq o qədər də asan deyil”.
Qeyd edək ki, Miloş Azərbaycan karyerasına “İqtisadçı”da başlayıb və ötən il onlarla Super Liqanın bürünc medalına sahib olub. Bu il “Lokomotiv”ə transfer olunan İvana “dəmiryolçularla” isə hələlik “Çelenc Cup”ı sahib olub.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0