“Azərbaycan yığmasına qalib gəlmək elə də asan deyildi”
15.04.2012 - 13:56
“Biz Azərbaycana qalib gəldiyimiz üçün çox şadıq. Bu, elə də asan deyildi”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstanın voleybol üzrə gənc qızlardan ibarət milli komandasının baş məşqçisi Radoslav Bakarjiyev deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin IV turunda məğlub etdikləri Azərbaycan yığması ilə oyuna münasibət bildirib: “Onlar ilk 2 setdə ciddi müqavimət göstərdilər. Lakin sonda sevinən biz olduq. Artıq final mərhələsinə yüksəlməyimiz üçün yalnız İsveçrə yığması ilə oyun qalıb. Burada da qalib gəlib, həlledici mərhələyə yüksəlmək istəyirik”.
Qeyd edək ki, bolqarlar voleybolçularımıza 3:0 hesabı ilə qalib gəliblər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0