“Fənərbaxça” “Bakı”nın baş məşqçisinə elçi düşdü
15.04.2012 - 14:50
“Bakı” voleybol klubuna Azərbaycan Super Liqasının bürünc medalını qazandıran Ancelo Vercesi ölkəmizi tərk edə bilər. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” rəhbərliyi braziliyalı baş məşqçiləri Ze Robertonun gedişindən sonra onun ölkəmizdə çalışan həmyerlisinə elçi düşüblər.
Belə ki, Vercesi Çempionlar Liqasının son qalibinin “sükanı” arxasına keçməyə namizəd 4 mütəxəssisdən biridir. Onunla birgə bu post uğrunda Marsello Abbondanza (“Villa Kortese”, İtaliya), Ciovanni Kaprara (Novara, İtaliya) və Giuseppe Kuccarininin (“Modena”, İtaliya) adı hallanır.
Qeyd edək ki, türk həmkarlarımız da bu 4 mütəxəssisdən 1-i ilə yaxın günlərdə müqavilə imzalanacağını bildirirlər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0