Yığmamızın oyunçusu Gürcüstan çempionatının yarımfinalında
08.05.2012 - 14:53
“Kutaisi-2010” klubunun heyətində çıxış edən Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev bu komanda ilə ilk titulunu qazanmağa yaxındır. Apasport.az saytının məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu Kutaisi təmsilçisi Gürcüstan çempionatında yarımfinala yüksəlib.
Onlar ikinci 1/4 final qarşılaşmasında da Tiflisin TSU komandasına qalib gəlməklə (81:65), mərhələ adlayıblar. Paşayev oynadığı 25 dəqiqə ərzində 13 xal toplayaraq, 5 asist və 16 rebaunda nail olub.
Qeyd edək ki, yarımfinalda “Kutaisi-2010” “Olimp” komandası ilə qarşılaşacaq.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0