“Rabitə” üçün daha 3 rəqib
28.05.2012 - 11:33
Oktyabrın 13-19-də Qətərin paytaxtı Dohada təşkil olunacaq FİVB klublararası dünya çempionatında “Rabitə”nin rəqiblərindən daha üçünün adı məlum olub. Apasport.az saytının məlumatına görə, öz qitələrinin çempionları “Kenya Prisons” (Afrika, Keniya), “Lançeras de Katano” (NORCECA, Puerto-Rika) və “Fənərbaxça” (Avropa, Türkiyə) komandaları da mundiala qatılacaq.
Onlardan öncə isə Çinin “Tianjin Bridgestone” klubu Asiyanın ən güclüsü kimi yarışda iştirak hüququ qazanmışdı.
Qeyd edək ki, dünya çempionatında iştirak edəcək klubların siyahısına Cənubi Amerika çempionu da əlavə olunacaq.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0