Azərbaycan çempionu rəsmən Moskva “Dinamo”sunda!
31.05.2012 - 16:41
“Rabitə”nin sabiq voleybolçusu Nataşa Osmokroviçin karyerasını Rusiyada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə Azərbaycan və dünya çempionluğunu bayram edən xorvatiyalı Moskva “Dinamo”su ilə danışıqları müsbət yekunlaşdırıb.
O, növbəti 1 ildə bu klubun şərəfini qorumağa razılıq verib və rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, Osmokroviçin “Rabitə”dəki komanda yoldaşı Natalya Məmmədova da Rusiyada çıxış edəcək. Azərbaycan millisinin hücumçusu “Omiçka”nın uğurları üçün çalışacaq.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0