Azərbaycan klubuna “yox” deyib, Braziliyaya yollandı
02.06.2012 - 13:56
“İqtisadçı”nın heyətinə qatmaq istədiyi ilk ulduz voleybolçu Azərbaycana gəlməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, Kanada yığmasının hücumçusu Sarah Pavan yeni mövsüm üçün super komanda yığmağı planlaşdıran paytaxt təmsilçisinin təklifinə “yox” cavabı verib.
Belə ki, son mövsümdə İtaliyanın “Villa Korteze” klubunun şərəfini qoruyan 25 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. O, “Unilever” klubu ilə razılığa gələrək, 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Pavan Çempionlar Liqasının 2011/2012 mövsümünün Bakıda keçirilən “Dördlər finalı”nda Avropanın ən yaxşı hücumçusu seçilib.

0
0