Braziliya yığmasının oyunçusu Bakı klublarının hədəfində!
03.06.2012 - 10:29
Braziliya millisinin voleybolçusu Paula Pequeno karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı voleybolçu Bakı klublarından təklif aldığını etiraf edib.
Pekin Olimpiadasının qalibinin sözlərinə görə, qərarını verməyə tələsmir və təklifləri nəzərdən keçirdikdən sonra yekun qərarını verəcək: “Mənə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Polşadan da elçi düşüblər. Lakin hələ vaxt var. Buna baxmayaraq, tezliklə seçimimi açıqlayacağam”.
Qeyd edək ki, Pequeno Pekin Olimpiadasının qalibi olmaqla yanaşı, yarışın ən dəyərli voleybolçusu seçilib. O, həmçinin Qran-prinin qalibi və dünya çempionatının finalçısı olub.

0
0