Serbiya prezidentinin oğlu yığmamızda işləmək istəyir - FOTO
03.06.2012 - 16:56
“Azərbaycandan təklif alsam, bunun haradan olacağına nəzər salacam. Çünki klublarda çalışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya yığmasının (U-15) baş məşqçisi Branislav Nikoliç deyib.
I Qəbələ Kubokunda komandası finala yüksələn mütəxəssis Azərbaycanda işləməyin əleyhinə olmadığı deyib. Serbiyanın yeni prezidentinin oğlu bunun üçün 2 şərt irəli sürüb: “Əsasən milli səviyyəsində çalışmışam. Ona görə də Azərbaycandan təklif gələrsə, yalnız aşağı yaş qrupları üzrə yığmalarda işləyərəm. Lakin bunun üçün də 2 şərtim olacaq. Birincisi, ora öz məşqçilər korpusumla bir yerdə gəlməliyəm. Bundan əlavə, oradakı şərait yüksək səviyyədə olmalıdır. Hətta Qəbələdə gördüklərimdən də yüksək”.
Qeyd edək ki, finalda Serbiya millisi “Qalatasaray”la oynayacaq.

0
0