Əkizlər yığmamıza qarşı oynamayacaq
04.06.2012 - 14:20
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Bolqarıstan yığması hazırlıq planını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bolqarlar təlim-məşq toplanışı üçün Sloveniyanı seçiblər. Hazırlıqlar iyulun 1-də Pravets şəhərində başlayacaq.
Baş məşqçi Rozen Barçovski səfərə aparacağı 15 basketbolçunu adını dəqiqləşib. O, toplanışa Nikolay Vorbanov, Nikolay Kolev, Stanislav Vaklinov, Xristo Nikolov, Aleksandr Yanev, Pavel Marinov, Martin Durçev, Xristo Zaxariyev, Çavdar Kostov, Filip Vedenov, İvan Lilov, Tixomir Jelev, Bojidar Avramov, Yuliyan Radionov və Stanimir Marinovu dəvət edib.
Rəqibimizin heyətində əsas diqqət çəkən məqam aparıcı oyunçuları sayılan əkizlər – Deyan və Kaloyan İvanovların yoxluğudur. Barçovski, həmçinin milliləşən amerikalı legionerlərdən imtina edib. Yeganə istisna Villi Dindir ki, o vətənində müəyyən problemlərini həll edəndən sonra yığmaya qoşula bilər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən hazırlıqlara başlayıb və bolqarlarla ilk oyunları avqustun 18-də olacaq.

0
0