“Rabitə”dən daha 2 transfer
05.06.2012 - 12:01
“Rabitə”dən daha 2 transfer
Qadınlardan ibarət “Rabitə” voleybol klubu daha 2 oyunçunu transfer edib. Apasport.az saytının məlumatına görə, bunlar Yekaterina Zakrevskaya və Aleksandra Fominadır.

Hər ikisi milli komanda üzvü olan voleybolçular qarşıdakı mövsümdə “Rabitə”nin şərəfini qoruyacaq. Belarus yığmasının oyunçusu olan Yekaterinanın son klubu Rumıniya təmsilçisi “Tomis” olub. Təcrübəli Fomina isə Ukrayna yığmasının liberosu olub. O, bu yaxınlaradək Fransanın məşhur “Kann” klubunda oynayıb.