Cəlil Cəfərov: Bu, bizim haqqımızdır - MÜSAHİBƏ
05.06.2012 - 14:57
“Rabitə” rəhbərliyi bu gün Kolumbiya yığmasının voleybolçusu Madeleyne Montanonu ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, “Park İnn” otelində baş tutan tədbirdə komandanın prezidenti Cəlil Cəfərov KİV nümayəndələrinin suallarını cavablandırıb. O, əvvəlcə yeni mövsüm üçün klubun iddialarını açıqlayıb və transferlər barədə məlumat verib.
- Yeni mövsüm başlamasa da, biz yeni voleybolçularla güclənməyə başlamışıq. Hər bir komandada dəyişiklər olur, yeni voleybolçular gəlir. Bizim də həmişə bir iddiamız var: qatıldığımız bütün yarışlarda, xüsusilə, Çempionlar Liqasının qalibi olmaq. Bildiyiniz kimi, “Rabitə” yenidən dünya çempionatında mübarizə aparacaq. Komandamızın mundialdakı son uğuru və klubumuzun voleybolun inkişafı üçün xidmətlərini nəzərə alınaraq bizə belə möhtəşəm yarışda iştirak hüququ verilib. Həmçinin, Çempionlar Liqasına Azərbaycan bu il 3 klubla – “Rabitə”, “Azərreyl” və “Lokomotiv”lə gedəcək. Bu, bizim haqqımızdır. Digər komandalarımız “wild card”la qitənin ən möhtəşəm yarışına qatılacaq. Bunlar hamısı ölkəmizdə voleybola olan xüsusi diqqətin nəticəsidir. Fikirləşin ki, avrokuboklarda Azərbaycan İtaliya, Rusiya Türkiyə və Polşa kimi aparıcı voleybol ölkələri ilə eyni sayda klubla təmsil olunur. Bu, çox sevindiricidir. Bunun üçün əlimizdən gələni edirik. Biz də bir klub olaraq, Azərbaycanın bütün yarışlarda bayrağını həmişə yüksəltməyə çalışacağıq. Əsas məqsədlərimiz uğurlu iştirakdır və çalışacağıq ki, böyük uğur qazanaq. Montanoya gəlincə, bu oyunçu ilk dəfə avrokuboklara bizim komandanın heyətində qatılacaq. Bununla yanaşı, heyətimizi daha da gücləndirməyə davam edəcəyik.
- Bəs digər transferləriniz barədə nə deyə bilərsiz?
- Biz ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç, Dobriana Rabadjiyeva və İrina Jukova ilə müqaviləni uzatmışıq. Yeni voleybolçularımıza gəlincə, artıq Madeleyne Montanodan əlavə Katarzina Skorupa, Foluke Akinradevo, Suzana Sebiç, Yekaterina Zakrevskaya və Aleksandra Fomina ilə razılıq əldə etmişik. Onların da tezliklə təqdimatı olacaq. Bundan əlavə, baş məşqçi postunda da dəyişikliklər etmişik. Zoran Qayiçlə vidalaşıb, Marçello Abbondanza ilə müqavilə imzalamışıq. Bu dəyişiklər həmişə lazımdır və hər bir klub bunu edir.
- Serbiyalı Qayiçlə vidalaşmağa nə səbəb oldu?
- Baş məşqçimizi dəyişməsinin müəyyən səbəbləri var. Bildiyiniz kimi, ötən mövsüm güclü heyətə malik idik. Bunun üçün Çempionlar Liqasının 1/4 finalında uduzmalı deyildik. Çünki “Fənərbaxça” ilə “Rabitə” demək olar eyni səviyyədə idi. Yəni birincisi və əsas səbəb türklərə Bakıda 3:0 hesabı ilə uduzmağımız oldu. Buna kimi Bakıda bizi məğlub edən olmamışdı. Düzdür, heyətimizdə zədəli oyunçular da var idi. Onların da sıraya dönməsi üçün müəyyən zaman lazımdır. Ancaq hesab etmirəm ki, “Rabitə” öz meydanında 13:25 hesabı ilə uduzmalı idi. Mən klub prezidenti kimi bunu qəbul etmirəm və edə də bilmərəm. Sizi inandırım ki, biz burada “Fənərbaxça”nı udsaydıq, orada da qalib gələ bilərdik. Amma artıq İstanbulda psixoloji üstünlük rəqibdə idi. Digər səbəb əgər çempionluğunu təmin etmisənsə, hər hansı oyuna barmaqarası baxmaq olmaz. Azarkeşlərimiz, komandamızı sevənlər var. Onların heç birini incik salmaq olmaz. Çünki onları biz uğurlu çıxışla qazanmışıq. Bunları dedikdə, bəli bilirsiniz mən Super Liqanın yekununda “İqtisadçı”ya məğlubiyyəti nəzərdə tuturam. Əgər həmin oyuna kimi uduzmamısansa, axıra kimi də oyunlara qələbə ilə davam etməlisən. Həmişə gözəl oyun istəmişəm. Yəni azarkeşlər qarşısında məsuliyyətini bilməlisən. Məsələn, dünya çempionatında heç kim “Rabitə”ni favorit saymırdı. Hamı braziliyalılar, tailandlılar və ya türkləri qalib kimi görürdülər. Hətta bizim ilk oyunda qələbəmizi də təsadüf kimi qəbul edirdilər. Lakin biz gözəl oyunla gücümüzü sübut etdik. Yəni həmişə öz meydanımızda qalib gəlmişik. “Fənər”ə ən azından Bakıda uduzmalı deyildik. İndi öz səhvlərimizi aradan qaldırmalı, komandamızı gücləndirmək və uğurlarımızı davam etdirməyi planlaşdırırıq. Məqsədimiz, amalımız budur. Ən əsas məsələ də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun komandamıza maliyyə köməkliyi olmasa, “Rabitə” bu səviyyədə olmaz.
- Bəs komandaya Azərbaycan millisinin inkişafı üçün yerli voleybolçular cəlb etməyi planlaşdırmırsınız? Belə bir transfer nəzərdə tutulubmu?
- Bunu sizə misalla deyim. Məsələn, mənim həmişə voleybola böyük marağım olub və bu oyunu oynamışam, indi də belədir. Həmin vaxtlar təbii ki, “Rabitə” yox idi, ölkəmizi beynəlxalq yarışlarda “Azərreyl” və yığma ilə təmsil olunurdu. Mən də bu komandalara azarkeşlik edirdim. İndi fikirləşin, həmin zaman bizim təmsilçilər Türkiyə klubu ilə düşdükdə sevinirdik ki, onları asanlıqla məğlub edəcəyik. Lakin indi baxın. Onlar legionerlərin sayəsində voleybolun səviyyəsini qaldırmağa müvəffəq oldular. Bu əcnəbilərin oyunu yeniyetmələrdə və gənclərdə maraq oyatdı, onlar bu idman növünü sevməyə başladılar. Yəni voleybola sevgini artırdılar və indi də milli komandaları London Olimpiadasına lisenziya qazanıb. Bizdə isə bunun üçün hələ 2-3 il zamana ehtiyac var. Bütün klublar bunun üçün, yığmaya voleybolçu yetişdirmək üçün çalışırlar.
- Dünyanın aparıcı komandaları uşaq akademiyaları yaradırlar, digər idman növlərində təmsil olunurlar, hətta müstəqil televiziya açırlar. Bu, “Rabitə”nin də planlarına daxildirmi?
- Gələcəkdə ola bilər. Bizim klubda hər şey mərhələ-mərhələ gedir. Çünki Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda gözəl əmin-amanlıq yaradıb ki, bu da xaricilərin, ölkəyə qonaq gələnlərin hamısının diqqətini cəlb edir. Məsələn, hər bir legioner klublarımıza sevinə-sevinə gəlir. Bu da onu göstərir ki, Azərbaycan inkişaf edir, irəli gedir.
- Komandanın fanklubunu yaratmağı düşünürsüzmü?
- Bu istiqamətdə də işlər aparırıq. Bu, çox vacibdir. Tam səmimi deyirəm ki, bir Azərbaycan vətəndaşı kimi “Fənərbaxça” formasını geyinərək, onlara dəstək verən bizim azarkeşlərə görə məyus oldum. Azarkeşlərin də öz səviyyələri olmalıdır, yəni qəlbləri voleybolla döyünməlidir. Biz Çempionlar Liqasında “Bank Fakro”nu səfərdə 3:0 hesabı ilə məğlub etdikdən sonra şəxsən məni təbrik edən olurdu. Bu o demək deyil onlar bizim fanatdırlar. Sadəcə, gözəl oyun üçün bunu edirdilər. Yaxud Bakıda “Qalatasaray”ın fanatları ilə “Fənərbaxça” arasında hansısa anlaşılmazlıq baş vermişdi. Bunu isə “Rabitə”sevərlər kimi qələmə verdilər. Bunlar düzgün azarkeşlik deyil deyil.
- Adı Azərbaycan klubları ilə hallanan cənubi koreyalı Yeon Kinq Kimin transfer qiymətinin 1,2 milyon avro olmasına münasibətiniz necədir? Bu çox baha deyilmi?
- Bu məsələlərdə lisenziyalı agentlərin olmamağı rol oynayır. Məsələn bizə 2 agent eyni oyunçunu təqdim edir. Bilmirsən, bu hansının voleybolçusudur. Biz Beynəlxalq Voleybol Federasiyasına bununla bağlı rəsmi təklifimizi verəcəyik ki, lisenziyalı menecerlər olsun. Kimin də bu səbəbdən qiyməti artır. Sizə bir sirr açım ki, onu o vaxt “Rabitə”yə biz gətirmək istəyəndə heç kimin bu voleybolçudan xəbəri yox idi. Sadəcə, həmin zaman “Fənərbaxça”nın büdcəsi bizdən 5 dəfə çox olduğundan koreyalı da onlara qismət oldu və orada parladı. İndi bilmək olmaz. Biz Montanonu transfer etdik. O, avrokuboklarda oynamayıb və bizdə də kolumbiyalı voleybolçu parlaya bilər. Yaxud biz Natalya Məmmədova ilə niyə yollarımızı davam edə bilmədik? Tam səmimi deyirəm, yüksək təkliflərin olması və müqavilənin qiymətinin qalxması səbəbindən.
- Yeni mövsümün hazırlıqlarına nə vaxt başlamağı planlaşdırırsız?
- Avqustda. Lakin gününü dəqiq deyə bilmərəm. Çünki bu məsələ baş məşqçinin səlahiyyətlərinə daxildir və o da proqram üzrə bunu müəyyənləşdirir.

0
0