“İqtisadçı” bir-bir itirir
11.06.2012 - 12:29
“İqtisadçı” daha bir voleybolçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Kristina Fernanda Ferreyra (Braziliya) və Stefanya Sansonnanın (İtaliya) ardından Xorvatiya millisinin oyunçusu Marina Katiçlə də müqavilə bağlamaqdan imtina edib.
Son mövsümü titulsuz başa vuran komandanın üzvü isə Polşaya üz tutub. Belə ki, son 2 ildə Azərbaycanda oynayan Katiç PTPS Pila ilə rəsmi müqaviləyə imza atıb. O, 1 mövsüm bu kluba məxsus olacaq.
Qeyd edək ki, yeni ildən CEV kubokunda oynayacaq “İqtisadçı” itirə-itirə gedir. Onlar hələlik heç bir oyunçu ilə razılıq əldə etməyiblər. Son anda formalaşacaq heyət isə ötən ilki kimi uğursuzluqla nəticələnə bilər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0