Şumaxer: Azərbaycan sonda bizi məyus etdi
16.08.2012 - 08:54
“Biz mübarizə apardıq və fikrimcə, kifayət qədər istəyliydik. Lakin sonda məyus olduq”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin basketbolçusu Tom Şumaxer deyib.
Azərbaycan yığmasına 78:101 hesabı ilə uduzan “Cırtdan ölkə” təmsilçinin aparıcı oyunçusu fərqli nəticə gözləydiklərini deyib: “İlk qarşılaşmada Azərbaycanı məğlub edəcəyimizə ümid edirdik. Lakin onlar bizimlə oyunda ən yaxşı keyfiyyətini göstərib, sürətli oyunları və 3 xallıq atışları ilə 75 faiz dəqiqliklə bizdən üstün oldular. Belə vəziyyətdə hesabı öz xeyrimizə dəyişmək bizim üçün çox çətin idi. Amma bunun üçün bacardığımız hər şeyi meydanda qoyduq”.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0