Azərbaycan – Almaniya matçı yunana tapşırıldı
24.08.2012 - 10:41
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsində Azərbaycan – Almaniya matçını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək qarşılaşmada əsas fit sahibi yunanıstanlı Elias Koromilas olacaq.
Ona köməkliyi Serqey Çebışevlə (Ukrayna) Aleksey Davıdov (Rusiya) edəcəklər. Görüşün komissarı türkiyəli Emir Turamdır.
Qeyd edək ki, oyun avqustun 27-də saat 20:00-da başlayacaq.
Ona köməkliyi Serqey Çebışevlə (Ukrayna) Aleksey Davıdov (Rusiya) edəcəklər. Görüşün komissarı türkiyəli Emir Turamdır.
Qeyd edək ki, oyun avqustun 27-də saat 20:00-da başlayacaq.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0