Bu dəfə rəqib sevindi
30.08.2012 - 08:29
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda hazırlıq keçən Rusiyanın “Uraloçka” komandası ilə növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri rəqiblə ikinci görüşlərində məğlubiyyətə üzülüblər. İlk matçda Yekaterinburq təmsilçisinə 3:1 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə 2:3 hesabı ilə uduzublar.
Qeyd edək ki, millimiz “Uraloçka” ilə daha 2 matç keçirəcək. Bu qarşılaşmalar sabah və sentyabrın 1-də olacaq.
Qeyd edək ki, millimiz “Uraloçka” ilə daha 2 matç keçirəcək. Bu qarşılaşmalar sabah və sentyabrın 1-də olacaq.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0