Marçello Abbondanza məğlubiyyətə şərh verdi
19.10.2012 - 21:17
“Rabitə” klubunun baş məşqçisi Marçello Abbondanza dünya çempionatının finalında “Solis Nestle”yə 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis bildirib ki, komandasından daha yaxşı oyun gözləyirmiş: “Braziliyalı voleybolçulara qarşı oynamaq çox çətin idi. Voleybolçularımızdan daha yaxşı oyun gözləyirdim. Amma oyuna konsentrasiya ola bilmədik. Rəqib isə bunu bacarıb, qələbə qazandı. “Solis Nestle” dünyanın ən yaxşı komandasıdır”.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0