“Rabitə” ilə matçda sensasiya etmək istərdik”
23.10.2012 - 09:32
“Rabitə”nin dünya çempionatındakı oyunları haqda məlumat bizə vacib deyil. Çünki onların finalda uduzduqları Braziliya “Sollis Nestle”si çox güclü heyətə malikdir və şübhəsiz ki, hazırda dünyanın 1 nömrəli klubudur”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” klubunun baş məşqçisi Miroslav Çad deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə oyunun gərgin keçəcəyi qənaətindədir. Onun sözlərinə görə, Bakı təmsilçisi ilə mübarizə aparmağın özü belə uğurdur: “Rabitə”nin də bu mövsüm əla heyəti var. Düzdür, ötən illə müqayisədə komandada bir sıra dəyişikliklər baş verib. Lakin bu, onların gücünə təsir etməyib. “Rabitə”nin heyətinə diqqət yetirsək, burada dünya səviyyəli oyunçular cəmləşib. Biz onlarla matçda sensasiya etmək istərdik. Amma son nəticədən asılı olmayaraq, “Rabitə” ilə qarşılaşmağımız artıq böyük uğurdur. Deyə bilmərəm, oyunda hansı nəticə məni xoşbəxt edəcək. Bu, matçın gedişatından asılı olacaq”.
Qeyd edək ki, “Agel” – “Rabitə” görüşü sabah saat 21:00-da start götürəcək.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0