41 yaşlı hücumçudan yeni müqavilə - 5-ci dəfə Olimpiadada
16.01.2020 - 16:41
İtaliya voleybolunun canlı əfsanəsi Françeska Piççinini karyerasını bərpa edib.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı idmançı yenidən ölkəsində çıxış edəcək.
Piççinini A seriyası təmsilçisi "Yamamay"la anlaşıb. O, mövsümün ikinci dövrəsini Busto Arsizio klubunun heyətində keçirəcək.
Piççinini, eyni zamanda Olimpiya Oyunlarında millisinin heyətində yer alacaq. Bu, onun ardıcıl altıncı Olimpiadası olacaq.
Qeyd edək ki, hücumçu dəfələrlə klublarımıza və millimizə qarşı oynayıb.
0
0