Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I turun ikinci oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Mübariz” “Murov”la qarşılaşıb.
Birincilərin debütü ilə əlamətdar olan görüş Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutub. Oyun “Mübariz”in qələbəsi ilə başa çatıb. Debütant Azərbaycan millisinin baş məşqçisi Vasif Talıbovun çalışdırdığı “Murov”un “siftəsini” korlayıb – 3:1.
Super Liqa
I tur
15:00. “Mübariz” - “Murov” - 3:1 (25:18, 25:23, 18:25, 25:21)
Qeyd edək ki, I turun açılış oyununda “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.