Qadın voleybolçular arasında Braziliya çempionatında növbəti turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, X tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Sesi” “Fluminense”nin qonağı olub.
Qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb. Autsayder təmsilçimizin komandasını 3:2 (25:23, 22:25, 23:25, 25:20, 15:10) hesabı ilə məğlub edib. Rəhimova qarşılaşmada 23 xal toplayıb. Hücumda 20 zərbəsi dəqiq alınan voleybolçu 2 xalı blokda və 1 xalı topu oyuna daxiletmədə qazanıb.
Qeyd edək ki, 10 oyundan sonra aktivində 18 xalı olan “Sesi” turnir cədvəlində 5-ci yerə enib. “Fluminense” isə xalını 8-ə çatdıraraq, 8-ci pilləyə qalxıb.