Türkiyənin qadın voleybolçulardan ibarət “Kuzeyboru” klubu xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, I liqada mübarizə aparan komandanın 10 oyunçusu eyni gündə zəhərlənib.
Voleybolçular xəstəxanaya aparıldığından “Başakspor”la qarşılaşma təxirə salınıb.
“Kuzeyboru” klubundan verilən açıqlamada bildirilir ki, noyabrın 22-də oyun üçün Mardinə gəliblər və oteldə gecələyiblər. Ertəsi gün voleybolçular ürəkbulanması və zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Komanda üzvləri səhər saatlarında xəstəxanadan buraxılıblar. Lakin oteldə həkim nəzarəti altındadır”.
Qeyd edək ki, matçın hansı vaxta keçirildiyi hələ açıqlanmayıb.