16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında ikinci oyununu keçirib.
APA-nın məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda ev sahibləri ilə üz-üzə gəlib.
A qrupunda yer alan voleybolçularımız Ukraynanın ardınca gürcülərə də uduzublar. Rəqib 3:1 (29:27, 14:25, 20:25, 15:25) hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda isə Rusiya Latviyanı 3:0 hesabı ilə məğlub edib.
AVRO-2020-yə seçmə statusu da daşıyan çempionatında növbəti rəqibimiz Rusiya olacaq. Qrup lideri ilə matç noyabrın 26-da baş tutacaq.
B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparırlar. Reqlamentə əsasən, qrup qalibləri finalda iştirak hüququ qazanacaqlar. İkinci yerin sahibləri isə bürünc medalçını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, A qrupunda Rusiyanın 9 (3 oyun), Ukrayna, Latviya (2) və Gürcüstanın (3) 3 xalı olduğu halda, Azərbaycan xal toplamayıb.