Voleybol üzrə Avropa Liqalarının təqvimi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millilərinin də yarışdakı oyunlarının ardıcıllığı bilinib.
Qadınlardan ibarət komandamız Qızıl Avropa Liqasına evdə start verəcək. Voleybolçularımız ardıcıl 2 ev matçından sonra səfərə çıxacaqlar. İkinci dövrənin ilk görüşü doğma divarlar arasında baş tutacaq. Yığma son 2 matçını isə ölkədən kənarda oynayacaq.
Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət komandamız isə öncə Finlandiya ilə, sonra Xorvatiya ilə evdə-səfərdə oynayır.
Qeyd edək ki, Qızıl Avropa Liqasında “Dördlər finalı” iyunun 20-21-də Bolqarıstanda olacaq. Gümüş Avropa Liqasında isə həmin vaxt qrup qalibləri finalda üz-üzə gələcək və ən güclü Qızıl Avropa Liqasına yüksələcək.
Qızıl Avropa Liqası
Qadınlar
C qrupu
23-24 may
I tur
Azərbaycan – Rumıniya
Ukrayna – İspaniya
27 may
II tur
Azərbaycan – Ukrayna
Rumıniya – İspaniya
30-31 may
III tur
İspaniya – Azərbaycan
Ukrayna – Rumıniya
6-7 iyun
IV tur
Azərbaycan – İspaniya
Rumıniya – Ukrayna
10 iyun
V tur
Ukrayna – Azərbaycan
İspaniya – Rumıniya
13-14 iyun
VI tur
Rumıniya – Azərbaycan
İspaniya – Ukrayna
Gümüş Avropa Liqası
Kişilər
A qrupu
23-24 may
Finlandiya – Azərbaycan
27 may
Xorvatiya - Finlandiya
30-31 may
Azərbaycan – Finlandiya
2 iyun
Azərbaycan – Xorvatiya
10 iyun
Xorvatiya – Azərbaycan
13-14 iyun
Finlandiya - Xorvatiya